3239
16:32
23 Oktyabr 2019

Bakıda İLGİNC HADİSƏ: qadın qızları ilə birlikdə ərini və oğlunu döydü - TƏFƏRRÜAT - YENİLƏNİB

Ata və oğulun döyülmə hadisəsinin detalları məlum olub.
Lent.az -ın əldə etdiyi məlumata görə, hadisə dünən şəxsi mübahisə zəminində baş verib.
Belə ki, Yusif Səlimovla bir müddət əvvəl boşandığı həyat yoldaşı arasında ev bölgüsü üstündə mübahisə düşüb. Mübahisə nəticəsində qadın öz qızları ilə əlbir olaraq, Yusif Səlimovu və onun oğlu Tofiq Səlimovu döyüblər. Onların ev bölgüsü məsələsinin məhkəmədə olduğu bildirilir. Faktla bağlı Nizami Rayon 24-cü Polis Bölməsində araşdırma davam edir. 1 saylı Kliniki Tibbi Mərkəzdən Lent.az -a bildirilib ki, Yusif Səlimov və Tofiq Səlimov yüngül bədən xəsarətləri ilə xəstəxanaya müraciət ediblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra hər iki şəxs evə buraxılıb.
****
10:46
Bakıda döyülmə baş verib.
APA -nın məlumatına görə, hadisə Nizami rayonu, Çobanzadə küçəsində qeydə alınıb. Bakı sakinləri Yusif Səlimov və oğlu Tofiq Səlimov düyülmələri ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət ediblər.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Y.Səlimovla oğlunu keçmiş həyat yoldaşı və iki qızı döyüb. İlkin məlumata görə, cütlük bir müddət əvvəl boşanıb.
Faktla bağlı araşdırma aparılır.