181
11:18
23 Oktyabr 2019

Bakıda naməlum şəxsi maşın vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Təxminən 50-55 yaşlarında kişi yolu keçmək istəyərək onu avtomobil vurub. Yaralı aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.