241
12:26
23 Oktyabr 2019

Keçmiş qayınatasına 8 bıçaq vurdu - QƏTL

Xaçmazda qətl hadisəsi baş verib.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qımıl kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Qədirov Əlihüseyn Cəlil oğlu keçmiş kürəkəni, 1990-cı il təvəllüdlü Qurbanov Səfər İlham oğlu tərəfindən bıçaqlanıb. S.Qurbanov keçmiş qayınatasına 8 bıçaq zərbəsi vurub. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.