881
09:01
28 Oktyabr 2019

"Yaxşı pul verən olsa..." - Nadir Qafarzadə etiraf etdi - VİDEO

Müğənni Nadir Qafarzadə “Söhbət var” verilişinin qonağı olub. Lent.az -ın məlumatına görə, ifaçıya “hansı müğənni ilə heç vaxt duet oxumarsan” sualı ünvanlanıb. Qafarzadənin cavabı isə konkret olub: “Etiraf edirəm, yaxşı pul verən olsa, oxuyaram. Hətta onu studiyada oxutduraram. Deyərəm ki, yazıqsan, oxu, heç olmasa bir yana çıxasan. Çoxları deyir ki, pula görə çox şeyi satmaram. Amma yalan deyirlər. Mən ömür boyu halal pul qazanmışam. Haramla işim yoxdur”.