744
09:14
28 Oktyabr 2019

"İnsanlar məndən qorxur" - Azərbaycanlı müğənni - VİDEO

Azərbaycanlı müğənni Vüqar Muradov “Kim var, kim yox” verilişində maraqlı etiraflar edib. Lent.az -ın məlumatına görə, ifaçı bildirib ki, pərəstişkarları onunla şəkil çəkdirməkdən qorxur:

“Məclislərdə mənlə şəkil çəkdirmək istəyənlər qorxur, onları vahimə basır. Onlara deyirəm ki, mən adam yeyən deyiləm. Sənət adamıyam. Sonradan mənə yazırlar ki, sənlə şəkil çəkdirmək istəyirdik, amma çəkindik. Bu qədər hündür olmam ulu babalarımla bağlıdı. Nəslimizdə uzun insanlar çoxdur. Qardaşım, əmim qızları və başqaları. Amma ən uzunları mənəm”.