417
11:04
29 Oktyabr 2019

"Röya elə-belə mahnı oxuyar?" - Ramal

"Telefonlarım doludur, sifarişlər gəlir. Mahnını göndərirəm, pulu deyəndə, qayıdırlar ki, bahadır".
Bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Sənətçi bildirib ki, yazdığı mahnılara görə həmkarları ona pul ödəmir:

"İndi mən gedib başqa ölkədə işləsəm, onlara mahnımı 15 minə satsam, buradakılar həvəsə gələr. Deyərlər, gəlsin bizə mahnı yazsın. Röyaya mahnı verirəm, təkcə o, yaxşı qonorar da alıram. Röya elə-belə mahnı oxuyar? Evinə 10-20 mahnı göndərilir. Seçir içindən birini oxuyur. "Kimin belə sevgilisi var?" pis mahnıdır?".

(Axşam.az)