571
19:15
29 Oktyabr 2019

Dünyada ƏN KİÇİK pilotsuz təyyarə hazırlandı

ABŞ-ın "DJI" şirkətinin hazırladığı "Mavic Mini" adlı yeni pilotsuz təyyarə ovucun içinə yerləşir.
Lent.az "ictnews"a istinadla xəbər verir ki, cihazın çəkisi yüngül olduğu üçün ABŞ Federal Aviasiya Administrasiyasında (FAA) qeydiyyatdan keçməyə ehtiyac yoxdur.
Bu pilotsuz təyyarənin çəkisi 249 qramdır. 250 qram və daha çox ağırlığı olan cihazların FAA qeydiyyatı tələb olunduğu üçün şirkət hazırladığı dronun çəkisini mümkün qədər azaldıb. Buna görə "DJI" şirkətindən bildirilib ki, "Mavic Mini" cihazının sahibləri bürokratik maneələr olmadan pilotsuz təyyarədən istifadə edə bilərlər. Pilotsuz təyyarənin maksimal uçuş müddəti 30 dəqiqədir, qiyməti təxminən 495 dollar təşkil edəcək.
"Mavic Mini" pilotsuz təyyarəsi 2.7K təsvir ölçülü kamera ilə təchiz edilib. Bu, "Mavic Air" və "Mavic Pro" modellərinə quraşdırılmış 4K kamerası ilə müqayisədə bir qədər aşağı göstəricidir.
Pilotsuz təyyarə hələ ki satışa çıxarılmayıb, bu il oktyabrın 30-dan etibarən ABŞ-da satın almaq mümkün olacaq.