280
10:15
30 Oktyabr 2019

Bizdən bu yolla intiqam alacaqlarını düşünənlər yanılırlar.- Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.
APA -nın xəbərinə görə, Türkiyə XİN başçısı “Twitter”də bildirib ki, tarixi siyasətə alət edənlərin bu qərarı utancvericidir.
Onun sözlərinə görə, Türkiyə Suriyanın şimalında “Barış bulağı” hərəkatı ilə böyük oyunu pozub.
“Bizdən bu yolla intiqam alacaqlarını düşünənlər yanılırlar. Bu qərarın hökumətimiz və xalqımızın üçün heç bir önəmi yoxdur”, - M. Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nın tanınması barədə akt qəbul edib.