252
08:30
31 Oktyabr 2019

Kosmosa gedəcək növbəti ekspedisiyanın tərkibi açıqlandı

2020-ci ilin aprel ayında NASA kosmonavtları Kris Kassidi, həmçinin rus kosmonavtları Nikolay Tixonov və Andrey Babkin Beynəlxalq Kosmik Stansiyaya (ISS) 63-cü ekspedisiyaya yola düşəcəklər.
APA -nın TASS-a istinadla verdiyi məlumata görə, yeni heyət hazırda orbital stansiyada olan NASA kosmonavtları - Cessika Meiri, Andrey Morganı, eləcə də rusiyalı kosmonavt Oleq Skrypoçkanı əvəz edəcək.
ISS-ə 62-ci ekspedisiyadan sonra Kris Kassidi heyətin rəhbəri olacaq. Gözlənildiyi kimi, 63-cü ekspedisiya 2020-ci ilin oktyabrına qədər davam edəcək.
Qeyd edək ki, bu uçuş Kassidinin Kosmosa üçüncü səfəri olacaq. O, 2009-cu ildə, “Endeavour” kosmik gəmisində kosmik uçuş edən 500-cü adam olub. Kassidi 2013-cü ildə İSS-ə gedən 35 və 36-cı ekspedisiyalarda iştirak edib. Ümumilikdə orbitdə 182 gün keçirib.