636
09:15
31 Oktyabr 2019

Meyxanaçı Mehman Əhmədli özündən çıxdı: "Tullana-tullana..." - VİDEO

Meyxanaçı Mehman Əhmədli tənqidi açıqlamalar verib. Lent.az -ın məlumatına görə, “Show news” verilişində bildirib ki, bəzi həmkarları meyxana sənətini ucuzlaşdırıb:

“Əgər mənim əlavə səsim varsa, bu yaxşıdır. Amma oxuyan adını meyxana qoymasın. Desin ki, mahnı oxuyuram. Musiqili meyxananın öz çərçivəsi var. O çərçivədən çıxdınsa, xalqa meyxana kimi təqdim etmək lazım deyil. Oynaya-oynaya, tullana-tullana meyxana deyirlər. Sabah da səndən oynamaq istəyirlər. Sən niyə oynayırsan? Olduğum qaydada sənətə gəlmişəm, bu cür də davam edəcəm. Tutduğum mövqeni tərk etməyəcəm. Hamı indi sosial şəbəkə üçün çalışır. Bu düzgün deyil”.