328
12:42
31 Oktyabr 2019

Pakistanda sərnişin qatarı yandı: ölənlərin sayı 73-ə çatdı - YENİLƏNİB

Pakistanın şimal-şərqində yerləşən Pəncab ştatında sərnişin qatarında baş verən yanğın nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb, onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə xilasetmə xidməti açıqlama yayıb.
***
10:23
Pakistanda sərnişin qatarında yanğın baş verib.
APA -nın xəbərinə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.
Yanğın nəticəsində 62 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Yanğına qaz balonunun partlaması səbəb olub. Pakistan dəmiryol naziri Şeyx Rəşid Əhməd bildirib ki, yanğın Ravalpindiyə gedən sərnişin qatarının 3 vaqonunda qeydə alınıb.
Yanğın söndürülüb.