211
12:02
31 Oktyabr 2019

Suriyada partlayışda 12 nəfər öldü

Suriyanın Afrin rayonunda partlayış törədilib.
APA -nın Türkiyə bürosunun xəbərinə görə, partlayıcı quraşdırılmış avtomobil rayonun mərkəzində partladılıb. Partlayışdan sonra ərazidə yanğın baş verib.
Terror hücumu nəticəsində 12 nəfər ölüb, 2 nəfər yaralanıb.