1786
12:35
01 Noyabr 2019

"Azəriqaz"ın rəhbəri işdən çıxarıldı - YENİLƏNİB

SOCAR-ın idarə və müəssisələrinin rəhbərliyində dəyişiklik olub.
Qurumdan Lent.az -a verilən məlumata görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar:
Əkbər Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən çıxarılıb, Qaz İxrac İdarəsinin rəisi təyin olunub;
Ruslan Əliyev “Azəriqaz” İB-nin baş direktorunun müavini vəzifəsindən çıxarılıb, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru təyin olunub;
Qağaməli Seyfullayev Qaz İxrac İdarəsinin rəisi vəzifəsindən çıxarılıb, “Neftqaztikinti” trestinin müdiri təyin olunub;
Füzuli Hacıyev Heydər Əliyev adına NEZ-in direktor müavini vəzifəsindən çıxarılıb, Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub;
Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.
***
11:50
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri tutduğu vəzifədən azad olunub.
"Azəriqaz" İB-dən " APA -Economics"ə verilən məlumata görə, "Azəriqaz"ın baş direktoru Əkbər Hacıyev tutduğu vəzifədən azad edilib. "Azəriqaz"ın baş direktoru vəzifəsinə İB-nin baş direktorunun müavini Ruslan Əliyev təyin olunub.
İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev isə Qaz İxrac İdarəsinin rəisi vəzifəsinə təyin olunub.