378
13:42
01 Noyabr 2019

Rusiya və Türkiyə hərbçiləri Suriyada birgə patrul xidmətinə başladı

Rusiya və Türkiyə hərbçiləri Suriyada birgə patrul xidmətinə başlayıb.

APA -nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya Federasiyası ilə oktyabrın 22-də Soçidə əldə olunan razılaşma çərçivəsində türk və rus hərbçiləri və pilotsuz uçuş aparatları Fıratın şərqindəki Dərbəsiyə bölgəsində birgə patrul xidmətinə başlayıb", - deyə məlumatda qeyd olunub.