320
19:06
01 Noyabr 2019

“Twitter”dən siyasi reklam qadağası

“Twitter” sosial şəbəkəsi istənilən siyasi reklamın yerləşdirilməsindən imtina edəcək.

Lent.az “ictnews”a istinadla xəbər verir ki, bu haqda sözügedən şəbəkənin təsisçisi Cek Dorsi öz mikrobloqunda yazıb.

"Hesab edirik ki, siyasi ideyaların yayılmasını pulla satın almaq deyil, onu qazanmaq lazımdır" – təsisçi qərarını belə izah edib.

Onun sözlərinə görə, internetdə kommersiya məqsədi daşıyan reklam səmərəlidir. Lakin siyasi reklam təhlükəlidir, çünki səs çoxluğu qazanmaqla milyonlarla insanın həyatını dəyişdirmək mümkündür.

Məlumata görə, dəyişiklik noyabrın 22-dən qüvvəyə minəcək.