341
02:40
02 Noyabr 2019

Sərnişin təyyarəsi Tumen Hava limanına məcburi eniş edib


Rusiyanın “Yamal” Hava Yollarına məxsus, Tumen - Sankt-Peterburq reysi üzrə uçan “Sukhoi Superjet 100” sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra məcburi eniş edib.

APA -nın TASS-a istinadən verdiyi xəbərə görə, buna səbəb təyyarənin sol mühərrikində yaranmış nasazlıq olub.

Yerli Aviasiya xidmətinin və Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərdə bildirilib ki, içərisində 80 sərnişinin və 6 ekipaj üzvünün olduğu təyyarə normal eniş edib, xəsarət alanlar olmayıb.

Qeyd edək ki, “RA-89081” nömrəli sözügedən təyyarə 2017-ci ilin aprel ayında istehsal edilib.