269
06:48
02 Noyabr 2019

Tramp Daxili Təhlükəsizlik naziri vəzifəsini bu şəxsə tapşırdı

ABŞ Prezidenti Donald Tramp cümə günü Kevin Makelinenanın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri vəzifəsindən istefasından sonra bu vəzifəni Çed Vulfun i icra etdiyini açıqlayıb.

APA -nın TASS-a istinadla verdiyi xəbərə görə, Tramp Çedin bu vəzifəyə təsdiq ediləcəyi ilə bağlı sualı cavablandırarkən belə deyib: "Hazırda o, Daxili Təhlükəsizlik naziri vəzifəsini icra edir. Onun bu posta təsdiq edilməsini gələcək göstərəcək”.

ABŞ prezidenti əlavə edib ki, Ağ Ev Vulfun bu vəzifəni noyabrın 11-dən - Veteranlar Günündən sonra tam icra etməyə başlayacaq.

Tramp deyib ki, bu müddət ərzində Kevin Makelinena vəzifəsinin öhdəsindən layiqincə gəlib.

Qeyd edək ki, Kevinin istefası oktyabrın 11-də Tramp tərəfindən elan edilmişdi.
Çed Vulf un bundan əvvəl sözügedən qurumda şöbə müdirinin müavini vəzifəsində çalışdığı bildirilir.