285
09:52
02 Noyabr 2019

Türkiyədə iki təhlükəli terrorçu tutuldu

Türkiyənin Kilis bölgəsində yanlarında 3 uşağın da olduğu iki qadın şübhəli qismində saxlanılıb.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, şübhəli qadınlar Türkiyə ərazisinə qanunsuz yolla daxil olublar. Araşdırma zamanı məlum olub ki, Rusiya vətəndaşı olan qadınlar İŞİD terror qruplaşmasının üzvü kimi İnterpol tərəfindən axtarışdadır. Hələlik onların hansı ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyi bildirilmir.

Digər bir məlumata görə, ölkənin Siirt bölgəsində də İŞİD terror təşkilatının fəal üzvləri həbs olunub. Bildirilir ki, təhlükəsizlik qüvvələri tərəfindən oktyabrın 25-də şübhəli qismində həbs olunan 8 nəfərin dördünün İŞİD terrorçusu olduğu sübut edilib.