712
09:15
03 Noyabr 2019

İstehlak kreditləri ilə bağlı YENİ QAYDA

İstehlak kreditinin riskinin maksimum miqdarına dair yeni məhdudiyyət müəyyənləşib.

APA -nın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da dəyişiklik edib.

Qərara əsasən, müddəti 7 ildən artıq olan istehlak kreditləri üzrə kredit riskinin maksimum miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 0,1 faizindən artıq olmamalıdır.

Dəyişiklik noyabrın 30-dan qüvvəyə minir.