370
16:27
04 Noyabr 2019

“ASAN xidmət”ə 19 milyon manatdan çox vəsait ayrıldı - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə sərəncam imzalayıb.

Lent.az AZƏRTACA-a istinadla xəbər verir ki, sərəncama uyğun olaraq, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 19 255 000 (on doqquz milyon iki yüz əlli beş min) manat ayrılıb.