753
18:36
04 Noyabr 2019

Naxçıvanda yeni xidmət yaradıldı

“Naxçıvanqaz” İstehsalat Birliyinin əsasında Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti yaradılıb.

APA -nın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Naxçıvan Nazirlər Kabinetinə Qaz İstismar Xidmətinin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Ali Məclisinin sədrinə təqdim etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.