190
12:06
05 Noyabr 2019

“Yuğ”da “Medeya. Sekvensiya 001” tamaşası

Azərbaycan Dövlət “Yuğ” Teatrının repertuarında populyar tamaşalardan olan “Medeya. Sekvensiya 001” tamaşası noyabrın 17-də oynanılacaq.

Lent.az -ın məlumatına görə, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edəcək. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq tamaşa Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub.

Tamaşa aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır