200
11:59
05 Noyabr 2019

® SUNla gələcəyimiz sağlam olSUN!

20 ildən artıq, "SUN" markası gigiyena qaydalarına düzgün riayət olunmasını göstərmək üçün durmadan müxtəlif layihələr, rəngarəng aktivliklərlə ailələrə sağlam qalmağı, şəxsi təmizlik qaydalarını həm göstərir, həm də öyrədir. Sağlam ailənin - sağlam cəmiyyət, sağlam nəsillər demək olduğunu anlayan marka illərdir öz üzərinə bu məsuliyyəti alaraq, sağlam gələcək uğrunda mübarizəsini davam edir! ​​
“Sun” markası hər il olduğu kimi, bu il də bölgə əhalisini şəxsi gigiyena mövzusu ilə bağlı maarifləndirərək, bu dəfə Azərbaycanın Aran bölgəsinin aşağıdakı kənd və qəsəbələrini ziyarət edib.

  • Saatlının – Qiragli və Sarıcalar,
  • İmişlinin – Bəhrəmtəpə və Boşcalılar,
  • Kürdəmirin – Yenikənd, Udulu və Mollakənd,
  • Beyləqanda –Türklər.
    Qapıdan qapıya gəzərək Tualet Kağızı istifadə edilmədikdə yayılan xəstəliklər və bunun fəsadları barədə həkim nümayəndə vasitəsiylə kənd əhalisi məlumatlandırıldı.
    Səfər ərzində 1000-dən çox ev ziyarət olundu və ailələrə Sun Tualet Kağızları paylanıldı. Ziyarət olunan evlər arasında "SUN" markasını tanıyan və evində istifadə edənlər olsa da, əhalinin bir qismi tualet kağızı istifadə etmir, tualet kağızı istifadə edənlər də keyfiyyət olaraq çox aşağı olan və kobud tualet kağızlarından istifadə edirdi. Tualet kağızı istifadə etmədikdə yaranan yoluxucu xəstəlikləri eşitdikcə insanlarımız artıq məsələyə daha həssas yanaşacaqlarını və marketlərdə "SUN" markasını axtaracaqlarını bildirdilər.