8540
15:44
05 Noyabr 2019

Tanınmış müğənnimiz BAHALI MAŞIN ALDI: "Onlar alıb" - VİDEO

Azərbaycanlı müğənni Afət Fərmanqızı özünə yeni “Range Rover” markalı maşın alıb.

Lent.az -ın foto-kamerasına tuş gələn ifaçı bildirib ki, yeni maşınına bir neçə gündür sahib olub:

“Bu maşını çəkirsiz, məni dillərə salacaqsınız. Bunu mənə hacı almayıb. Məndə o bəxt hardadır? Allah xalqımıza can sağlığı versin. Bizi sayıb el şənliklərinə çağırırlar. Mən qazandığım pulu ancaq maşına verirəm. Hələlik bu maşınla kifayətlənirəm. Allahıma söz vermişəm. Arzuladığım maşını alandan sonra daha heç kimin atmacasına cavab verməyəcəm. Bundan sonra məni təhqir edən olsa, cavab verməyəcəm. Avtomobilin qiymətini açıqlamayacam. Çünki açıqlasam, onlara qıcıq olacaq. Bu maşını mənə onlar alıb”.

Qeyd edək ki, A.Fərmanqızı bundan öncə “Gelandewagen” markalı avtomobil idarə edirdi. Həmin maşını ifaçıya “Hər şey daxil” verilişində sürpriz olaraq təqdim etmişdilər.