1072
16:36
05 Noyabr 2019

Elzanın anası kömək istədi: "Məni maşına mindirdilər..."

Əməkdar artist Elza Seyidcahanın anası Seyidcahan xanım ona qarşı edilən dələduzluq barədə danışıb.

Lent.az -a açıqlama verən Seyidcahan xanım kömək istəyib:

“Çox xahiş edirəm ki, mənə kömək edin. Aldadılmışam. Heç bir zaman bu dünyada yalan danışan insan deyiləm. Günlərin bir günü Rasim Məmmədovla, Samir adlı şəxslər gəlib mənə yalan vədlər verdilər. Onlara inandım, evlərimi əlimdən aldılar. Məni maşına mindirdilər, Sabunçuya, Xırdalana apardılar, evlər göstərdilər. Torpağım Xırdalanda idi, qızımın da "Sovetski"də olan evi də plana düşdü, bizə ordan da pul verdilər. Bu pulların hamısını bu insanlar götürüb. Samirin kürəkəni nazirlikdə işləyir. O, məni onunla hədələyir. Deyir ki, məni heç kim tuta bilməz. Samir məndən 3200 min manat, bir də 300 minlik evlərimi alıb. Əvəzində mənə dedilər ki, sən bu sənədə qol çək, əvəzində sənə 4 ədəd 100 kvadrat metr ev verəcəyik. Mənim də 4 qızım var, heç birinin evi yoxdur. Özüm də yaşlı adamam, xeyli yerə müraciət etmişəm”.

Qeyd edək ki, mövzuyla bağlı ilk xəbəri “report” yazıb.