199
06:50
06 Noyabr 2019

Britaniyada dəmiryolçuları 27 günlük tətillərə QƏRAR VERDİ


Britaniyanın Cənub-qərb dəmir yolu (SWR) işçiləri işəgötürənin əvvəlki razılaşmalara riayət etməməsinə etiraz olaraq dekabr ayında 27 günlük tətil keçirməyi planlaşdırır.

APA -nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə SWR birliyinin bəyanatında qeyd edilib.

Dəmiryolçular işəgötürənin qatarlarda idarəetmə sistemi ilə bağlı razılaşmalarını yerinə yetirmədikləri səbəbindən etirazlara başlamaq niyyətində olduqlarını bildirir.

Tətillərin dekabrın 2-dən 11-dək, dekabrın 13-dən 24-dək və dekabrın 27-dən 1 yanvar 2020-dək keçiriləcəyi deyilir.

Həmin tarixlərdə heç bir dəmiryolçunun işə çıxmaması qərara alınıb.

Qeyd edək ki, işəgötürən tərəf ötən ildən qatarları müşayiət üçün nəzərdə tutulmuş mühafizəçilərin sayını azaltmaq qərarına gəlib. Həmin ilin iyun ayında SWR işçiləri rəhbərliyin qatar müşayiətçilərini ixtisar qərarına etiraz olaraq beşgünlük tətil keçirmişdi.