1978
15:29
06 Noyabr 2019

Xalq artisti oğlunun itkisindən DANIŞDI

Xalq artisti Mənsum İbrahimov heç zaman səsləndirmədiyi bir etirafdan danışıb.

Lent.az -ın məlumatına görə, xanəndə “Şou ATV” verilişində bildirib ki, illər öncə həkim səhvinə görə övladını itirib:

“Bir çox xüsusiyyətlərim atama oxşayıb. Hətta atam mənə atamız deyirdi. Çünki atasının adını mənə qoymuşdu. Şükür edirəm ki, atam xoş günlərimi görüb. Atam və anam xəstə yatmadan vəfat etdilər. Bu da son olmadı. Mən oğlan övladımı da itirmişəm. Uşağımın bir yaş yarımı var idi. Həyatdır, hər şey olur. Üç qızımdan sonra bir oğlum olmuşdu, həkimin səhvindən oğlanı itirdim. Övlad itkisi valideyn üçün ağırdır. Düşündüm ki, Allah belə məsləhət bilib. Əlbəttə ki, ağrı çəkirsən, amma üsyan eləmək olmaz. Həmin övlad itkisindən bir neçə il sonra mənim bir oğlum da oldu. İndi onun 15 yaşı var”.