881
17:22
06 Noyabr 2019

Xalq artistinin səhhəti ilə bağlı SON XƏBƏR

Səhhətində yaranan problemlərə görə Türkiyəyə aparılan Xalq artisti Yalçın Rzazadə müalicəsindən danışıb.

Lent.az -a açıqlama verən 73 yaşlı müğənni hazırda özünü yaxşı hiss etdiyini deyib: “Müalicələrim davam edir. Amma səhhətimlə bağlı çox danışmaq istəmirəm. Özümə bunu qadağa etmişəm. İnşallah, yanvarın əvvəli Bakıya qayıdacam. Bakıya qayıdandan sonra mətbuata açıqlama verə biləcəm. Səhhətimdən çox yazılar getdiyinə görə, bu barədə artıq danışmayacam”.

Qeyd edək ki, Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, xalq artistinin səhhəti ilə bağlı məsələləri Fond nəzarətə götürüb.