20866
17:37
06 Noyabr 2019

Qatil əsgər: “Məni zorlamaq istəyirdilər” – KADIROV ÖZ VƏKİLLƏRİNİ GÖNDƏRDİ

Rusiyanın Çita şəhərində 6 əsgər yoldaşını və iki zabiti gülləyib qətlə yetirən sıravi Ramil Şamsutdinov müstəntiqlərə şok ifadələr verib.

Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, o bildirib ki, zabitlər onu zorlamaq istəyiblər.

Şamsutdinov qeyd edib ki, həmin gün zabitlərdən biri ona axşam hazır olmağı tapşırıb: “Mənə dedilər ki, qarovuldan sonra sənin yanına gələcəyik. Bildirdilər ki, heç hara qaça bilməzsən, çünki yeni əsgərlərin əksəriyyəti ilə bu olub, bu gün sənin növbəndir”.

Şamsutdinov onu da bildirib ki, onun başqa əlacı yox imiş: “Yeganə təəssüf etdiyim odur ki, iki əsgər yoldaşım təsadüfi güllənin qurbanı oldu”.

Bu arada o da məlum olub ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun vəkilləri Said-Maqomed Çapanov və Ravil Tuquşev sıravi Şamsutdinovun hüquqlarını müdafiə etmək üçün təcili Çitaya uçublar.

Məlumata görə, Şamsutdinovun hüquqlarının müdafiəsiylə bağlı petisiya yaradılıb və indiyədək ona 15 minədək adam qoşulub.