376
22:21
06 Noyabr 2019

Polşa vətəndaşları ABŞ-a vizasız gedə biləcək

Noyabrın 11-dən etibarən Polşa vətəndaşları ABŞ-a vizasız gedə və ölkədə 90 gün qala biləcəklər.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kevin Makelinenin yaydığı açıqlamada deyilir.

“11 Noyabr 2019 tarixindən etibarən Polşa vətəndaşları ABŞ vizası olmadan 90 günə qədər səyahət və ya iş məqsədi ilə ABŞ-a gəlmək üçün müraciət edə biləcəklər”, - deyə sənəddə qeyd olunur.

Nazir Makelinen bildirib ki, “Polşanın vizasız giriş proqramına daxil olması iki ölkə arasında mövcud olan xüsusi münasibətlərə, ortaq təhlükəsizlik məqsədlərinin icrası istiqamətində davam edən dostluq və sıx əməkdaşlığa bir sübutdur”.