254
23:55
06 Noyabr 2019

ATƏT sədri həmsədrlərlə görüşüb

Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

APA Slovakiya XİN-in rəsmi saytına istinadən xəbər verir ki, görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələr və münaqişənin həlli perspektivləri müzakirə edilib.

"Mən məmnunam ki, Minsk Qrupunun həmsədrləri tərəflərlə birlikdə gərginliyin azaldılması və barışığa şərait yaradan gələcək tədbirlər barədə müzakirələri davam etdirirlər", - deyə M.Layçak bildirib.

Görüşdə, həmçinin dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasına hazırlıq müzakirə edilib.