413
11:50
08 Noyabr 2019

Avtovağzalda yüklərinizin saxlanması üçün bu qədər ÖDƏYƏCƏKSİNİZ

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) saxlama kameraları yenilənərək istifadəyə verilib.

Bu barədə Lent.az -a kompleksin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, saxlama kameraları həftənin 7 günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir.

Saxlama kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər:


• 0-3 saat - 1 manat,

• 3-6 saat - 2 manat,

• 6-9 saat - 3 manat,

• 9-12 saat - 4 manat,

• 24 saat - 5 manat.

Ödəniş predmetinin (yükün) sayından asılı olmayaraq, ayrılan dolab sayına görə müəyyən olunur.

Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir.

Saxlama kameralarına təhvil verilən yüklərin tərkibinə görə BBAK məsuliyyət daşımır və saxlama kameralarına, tezalışan, partlayan, zəhərləyici, tez xarab olan, ətrafı çirkləndirən yüklərin qoyulması qəti qadağandır.

Qeyd edək ki, yüklərin dolabda saxlanılma saatından asılı olmayaraq, gecə yarısından sonra (00:00-dan sonra) 1 gün kimi hesablanır.

Eyni zamanda, sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur, nömrənin (Jetonun) itirilməsinə görə 5 manat məbləğində cərimə tətbiq olunur.