284
12:36
08 Noyabr 2019

Şəxsin anlaqlı olub-olmamasını üç məhkəmə eksperti müəyyən edəcək

Azərbaycanda şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixatrik ekspertizanın aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət komissiya təşkil ediləcək.

APA -nın xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir.

Belə ki, Məcəllənin 265-ci maddəsinə (Təkbaşına və komisyon ekspertiza) yeni 265.5-ci bəndin əlavə olunması təklif edilir.

Yeni bəndə əsasən, şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixatrik ekspertizanın aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət komissiya təşkil ediləcək.