338
15:38
08 Noyabr 2019

Bayram günü tələbata uyğun olaraq əlavə qatar təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək üçün əlavə qatar təyin edib.

Bu barədə Lent.az -a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 08:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq:

"Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə hərəkət edəcək.

Saat 08:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq. Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 21:15-də Bakıya çatacaq".