783
09:16
09 Noyabr 2019

Tesladan ilk ELEKTROPİKAP modeli - Bu qiymətdən başlayır


Tesla şirkətinin elektrikləşdirilmiş pikap modelini satışa çıxartmaq planları barəsində məlumat hələ bir neçə il bundan öncə ortaya çıxmışdı.

Lent.az "technote"a istinadən xəbər verir ki, artıq Elon Musk Teslanın ilk pikap modelinin təqdimat tarixini rəsmi şəkildə elan edib.

Bununla yanaşı o qeyd edib ki, elektropikap futuristik dizayna sahib olacaq. Bu barədə The Verge saytı xəbər verib. Muskın verdiyi məlumata əsasən, "Cybertruck" adlı pikap modeli 21 noyabr tarixində "SpaceX" şirkətinin ərazisində yerləşən dizayn studiasında təqdim olunacaq.

Onun sözlərinə əsasən pikap diqqəti cəlb edən futuristik dizaynda hazırlanıb və "Porshce 911" modelinin baza versiyası ilə müqayisədə daha yaxşı göstəricilər əldə edib. Bununla belə şirkət hələ də pikapın fotosunu təqdim etmir.

Son məlumatlara əsasən Teslanın pikap modelinə 6 nəfər insan yerləşə biləcək və onun qiyməti 50.000$-dan başlayacaq.

Gözləntilərə əsasən, elektropikap bir dəfə şarj olunandan sonra 800 km yol qətt edə biləcək.