1212
10:44
09 Noyabr 2019

Azərbaycanlı aparıcı sosial şəbəkədə nələr yazdı?

Aparıcı-aktrisa Xəyalə Quliyeva İnstaqramda statuslar paylaşıb. Lent.az -ın məlumatına görə, Xəyalə bildirib ki, onun qədrini bilməyən insanlardan üz çevirib:

"Kədərlənmək istəmirsənsə, səni dəfələrlə üzənin arxasınca getmə. O yolun sonunda xoşbəxtlik yoxdur. Şəxsən mən dəyər bilməyən hər kəsdən üzümü çevirdim. Yaxşı olsun, xoşbəxt olsun, amma məndən uzaq olsun.

Sizə nə qədər qiymət verildiyini rəftardan müəyyən edə bilərsiniz... Zənglərdən sizə nə qədər ehtiyac olduğunu... Və yalnız zaman göstərir ki, kimin üçün həqiqətən də qiymətlisiniz. Həyatda özünü, yalnız səni yuxarı darta biləcək insanlarla əhatə elə. Çünki artıq həyat ayağından aşağı çəkəcək insanlarla doludur.

Ağacda oturan quş heç vaxt budağın qırılmasından qorxmaz. Çünki onun güvəni budağa deyil, öz qanadlarınadır. Dediyim odur ki, özünüzdən başqa heç kimə güvənməyin. Ağ qızılgülün də kölgəsi qara olur"