376
14:00
09 Noyabr 2019

Keçmiş məhkum bu dəfə heroin və saxta pulların qurbanı oldu

Bakıda keçmiş məhkumun maşınında narkotik maddə tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA -ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

A.Cavadovun “BMW” markalı avtomobilinə baxış zamanı isə oradan 7 ədəd 50 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.