605
18:33
09 Noyabr 2019

​​​​​​​Ermənistan parlamentində yanğın söndürüldü

Ermənistan parlamentinin binasında baş verən yanğın lokallaşdırılıb. APA -nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə bu ölkənin Fövqəladə Hallar Nazirliyi bildirib.

***

18:00

Ermənistan parlamentinin binasında yanğın baş verib.

APA -nın RİA Novosti-yə istinadən xəbərinə görə, Ermənistan parlamentinin inzibati ərazisində yerləşən binanın damı yanır.

Hadisə yerinə 15 yanğınsöndürmə briqadası, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin qrupları, təcili yardım cəlb olunub.