235
13:45
12 Noyabr 2019

Evdən külli miqdarda pul və telefon oğurlayanlar saxlanıldı

Göygöldə oğurluq hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az -a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları oğurluğu törədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Rəşad Ələkbərov və 37 yaşlı Ülvi Novruzovu saxalyıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər avqust ayının 27-də rayonun Hacıməlik qəsəbəsindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 5000 manat olan müxtəlif növ qızıl zinət əşyası, 400 manat nağd pulu və ümumi dəyəri 400 manat olan 3 ədəd mobil telefonu oğurlayıblar.

R.Ələkəbərov və Ü.Novruzov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verilib və onların Gəncə şəhərində də bir neçə anoloji cinayət hadisəsi törətdiyi ehtimal olunduğundan faktla bağlı araşdırmalar davam etdirilir.