410
23:33
12 Noyabr 2019

Bakıda avtomobilin vurduğu piyada dünyasını dəyişib

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, avtoqəza Qala qəsəbəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Məmmədov Feyruz Kamil oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.