360
07:52
13 Noyabr 2019

Pentaqon rəhbəri qoşunların Suriyanın şimal-şərqindən çıxarılacağı vaxtı açıqlayıb

ABŞ Suriyanın şimal-şərqindən qoşunları çıxarmağa davam edir, bu proses bir neçə həftə və ya daha çox çəkəcək.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin müdafiə naziri Mark Esper bildirib.

“Suriyanın şimal-şərqindən əsgərləri çıxarmağa davam edirik. Bir-iki həftə və ya daha çox vaxt lazım gələcək”, - Esper belə deyib.

Onun sözlərinə görə, 950 əsgərin Suriyada qalacağı ilə bağlı məlumat yanlışdır: “Səslənən rəqəmlər təxminən doğrudur. Baxıb görərik, rəqəmlər çox və ya az ola bilər”.

Qeyd edək ki, bir müddət əvvəl “Associated Press” agentliyi ABŞ prezidenti Donald Trampın azı 800 əsgərin Suriyada qalacağı ilə bağlı bir planı təsdiqlədiyini, əsas vəzifələrindən biri isə neft sahələrinə nəzarət etməli olduğuna dair məlumat yaymışdı.