458
10:26
13 Noyabr 2019

Azərbaycanlının maşınından 4 tapança tapıldı – FOTO


Moskva polisi qeyri-qanuni odlu silah gəzdirməkdə şübhəli bilinən 4 azərbaycanlını saxlayıb.

Lent.az -ın “Aqentstvo Moskva” agentliyinə istinadən verdiyi məlumata görə, paytaxtın “Semyonavskaya” küçəsində 1985-ci il təvəllüdlü Azərbaycan vətəndaşının “Audi A6” markalı maşını saxlanılarkən onun yük yerindən iki tapança tapılıb. Bundan sonra sürücü və sərnişinlərdən birinin üstündən də iki tapança və 20-dək patron aşkar edilib.

Saxlanılanlar polis idarəsinə gətirilib və faktla bağlı cinayət işi qaldırılıb.