481
12:05
13 Noyabr 2019

Xarici diplomların tanınması müvəqqəti dayandırılır - RƏSMİ

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu 15, 16 və 17 noyabr 2019-cu il tarixlərində müvəqqəti olaraq dayandırılır.

Bu barədə Lent.az -a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, buna səbəb nostrifikasiya üzrə elektron ərizə sistemində təkmilləşdirmə işlərinin aparılmasıdır.

Təkmilləşdirmə işlərinin aparılmasında məqsəd xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, müraciətlərə baxılması prosesinin sürətləndirilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir.