1093
13:15
14 Noyabr 2019

Asan hazırlanan peçenye - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Bizim Mətbəxdən” adı ilə məşhur olan səhifəyə istinadla asan peçenyenin necə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

Un 2 st, yumurta 1 ədəd, şəkər tozu yarım st, duru yağ yarım st, kərə yağı 1 xörək qaşığı, qabartma tozu 1 paket, vanilin 1 paket

Hazırlanma qaydası:

Qaba yumurta və şəkər tozunu əlavə edib ağarana qədər çalırıq. İçərisinə duru yağ əlavə edirik. Sonra kərə yağını əlavə edib qarışdırırıq. Daha sonra qabartma tozu və vanili əlavə edib çalırıq. Sonra unu hissə-hissə töküb xəmir yoğururuq. Hazırladığımız xəmiri, balaca kündələrə ayırıb sobanın listinə əlavə edirik. Üzərinə isə forma vermək üçün kəsiklər atıb yerləşdiririk sobaya. Peçenye bişdikdən sonra servis edirik.

Nuş olsun!