742
19:06
18 Noyabr 2019

Tesla dünyanın ən bahalı üçüncü avtomobil istehsalçısı oldu - CƏDVƏL

Tesla şirkətinin təkcə elektromobil istehsal etməməsinə baxmayaraq məhz elektromobil satışları şirkət gəlirinin əsas hissəsini təşkil edir.

Lent.az "techote"a istinadla xəbər verir ki, yeni analitik hesabata əsasən, Elon Musk-ın şirkəti bazar dəyəri üzrə ABŞ-ın ən bahalı avtomobil istehsalçıları arasında üçüncü yeri tutmaqla yanaşı, həmçinin Avropanın və Yaponiyanın ən məşhur brendlərini də geridə qoyub.

Yahoo və Google məlumatlarıına əsasən, Tesla-nın bazar dəyəri 62.39 milyaard dollar təşkil edir. Siyahıda Tesla-dan yuxarıda yalnız Volkswagen (98.94 milyard dollar) və Toyota (205.34 milyard dollar) dayanırlar. Tesla isə öz növbəsində Daimler, General Motors, Honda və BMW kimi şirkətləri geridə qoyub. Mütəxəssislər güman edirlər ki, Tesla-nın bazar dəyərinin yüksəlməsi Almaniyada Gigafactory zavodunun inşa edilməsi ilə əlaqəlidir.