411
15:06
18 Noyabr 2019

Azərbaycanda tələbə qazdan zəhərləndi

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon sakini, 19 yaşlı Rəsulov Müzəffər Əlikram oğlu vana otağında dəm qazından zəhərlənib. Yaralı dərhal xəstəxanaya yerləşdilib. Xəstəyə tibbi yardım göstərilib.Onun vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, M. Rəsulov Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir.

Fakla bağlı araşdırma aparılır.