2069
10:42
19 Noyabr 2019

Musiqi sifarişi toyu yasa çevirdi: qohumlar bir-birini bıçaqladı - YENİLƏNİB

Ötən gecə Şəmkirdə baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

Lent.az -ın əldə etdiyi məlumata görə, Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində baş verən bıçaqlanma hadisəsi toy şənliyində qeydə alınıb. Olayın musiqi sifariş vermək üstündə meydana gəldiyi deyilir. Həmçinin qeyd edək ki, hadisəni törədən 56 yaşlı Fərhad Məmmədov və 22 yaşlı Mayıl İsmayılov içkili olublar.

***

saat: 03:29

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm-Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Mayıl İsmaylov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dərhal 22 yaşlı gənc əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Araşdırma zamanı müəyyən edilib ki, 22 yaşlı gənci qohumu, 1963-cü il təvəllüdlü Fərhad Məmmədov bıçaqlayıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən 56 yaşlı kişi polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir RPŞ-də araşdırma aparılır.