432
18:52
19 Noyabr 2019

Oğurladığı nömrə ilə digər maşını idarə edən şəxs tutuldu

Ramanada oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a daxil olan məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini Ə.Qasımov noyabrın 8-nə keçən gecə qəsəbə ərazisindən “QAZ-31029” markalı avtomobilinin dövlət qeydiyyat nişanının oğurlandığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dövlət qeydiyyat nişanının noyabrın 17-də Nərimanov rayonu Xətai prospektində “VAZ-2106” markalı avtomobilin üzərində olması müəyyən edilib. Görülən tədbirlərlə həmin avtomobili idarə edən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Musayev nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.