1675
18:18
19 Noyabr 2019

Cemli piroq hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla cemli piroqun hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

3 yumurta, 200 qram şəkər tozu, 150 millilitr duru yağ, 1 limonun qabığı, 1-2 çimdik duz, 1 bağlama şəkərli vanil, 1.05 bağlama qabartma tozu, 475 qram un, 2 xörək qaşığı kakao,.

Üzəri üçün, 350 qram cem, 3 xörək qaşığı kokos.

Hazırlanması:

Piroqu hazırlamaq üçün qaba yumurta, şəkər tozu, rəndələnmiş limon qabığı, vanil, qabartma tozu, duz və günəbaxan yağı əlavə edib çalırıq. Unu əlavə edib qarışdırırıq. Xəmiri iki yerə bölürük. Yarısına kakao qatırıq, bir hissəsini isə ağ saxlayırıq. Ağ qalan xəmiri iki yerə bölüb kündələyirik. Kakaolu xəmiri də kündələyib iki hissəyə bölürük.

Sobanın listinə birinci ağ kündəni, sonra kakaolu kündəni qoyuruq və listin ölçüsündə açırıq. Kündələrin hamısını listə əlavə etdikdən sonra üzərini deşdəkləyib sobaya yerləşdiririk. Piroq bişdikdən sonra üzərinə cem çəkirik, kokosla zövqə görə bəzəyirik və servis edirik.

Nuş olsun!