436
19:42
19 Noyabr 2019

Polis "Vaz-2107" oğurlayan şəxsi saxladı

Qaradağ rayonunun Lökbatan qəsəbəsində avtomobil oğurlanıb.

Lent.az -ın DİN mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Lökbatan qəsəbə sakini A.Zülfüqarov noyabrın 17-də saat 22 radələrində qəsəbə ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi ilə Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Novruzzadə həmin gün qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.